Suriyada altı yaşadək ən azı 3 milyon uşaq müharibədən başqa heç nə görməyib

Suriyada altı yaşadək ən azı 3 milyon uşaq müharibədən başqa heç nə görməyib

"Müharibənin dəhşətlərinin uzunmüddətli təsirinə görə milyonlarla suriyalı uşaq "zəhərli stress" vəziyyətində yaşayır", - "Save the Children" humanitar təşkilatı deyir.
 
Tezliklə təcili yardım göstərilməsə, uşaqların bir nəslinə zərər qaçılmaz ola bilər, təşkilat əlavə edir.
 
Maide.Az xəbər verir ki, BBC-nin məlumatına görə, yeni hesabata görə, müharibənin stressi bir çox uşaqlar arasında gecə sidiyi saxlaya bilməmə, özünə zərər, intihar cəhdləri və aqressiv davranışın artması ilə nəticələnib.
 
Tapıntılar Suriyada aparılmış yüzlərlə müsahibələrə əsaslanır.
 
"Save the Children" təşkilatı bildirir ki, bu araşdırma 2011-ci ildə başlayan və 300,000 nəfərdən çox insanın ölümünə səbəb olan müharibə fonunda Suriyada uşaqların psixi sağlamlıq və firavanlığı ilə bağlı ən böyük təhqiqatdır.
 
"Görünməz yaralar" adlı hesabat "Suriyada qalan uşaqlar arasında dəhşətli psixi sağlamlıq böhranını" göstərir.
 
"Save the Children" təşkilatı təhqiqatın bir hissəsi olaraq Suriyanın 14 qubernatorluğundan yeddisində müxtəlif yaşlı uşaqlar, valideynlər, tərbiyəçilər, sosial işçilər, yardım işçiləri və müəllimlər də daxil olmaqla 450 nəfərdən çox insanla danışıb.
 
Tapıntılara görə:
Demək olar ki, bütün uşaqlar və böyüklərin 84 faizi partlayış və atışmanın uşaqlarda psixoloji gərginliyin bir nömrəli səbəbi olduğunu bildirib
 
Böyüklərin sözlərinə görə, uşaqların üçdə iki hissəsi ya müharibə nəticəsində yaralanıb, ya sevdiyi birini, və ya evini itirib, yaxud evi atəşə tutulub. Bəzi uşaqlar bu travmatik hadisələrin bir neçəsini yaşayıb
 
Müsahiblərin 71 faizi uşaqların getdikcə daha tez-tez gecə sidiyi saxlaya bilməmə və "məcburi işəmə" kimi zəhərli stress və posttravmatik stress xəstəliyinin (PTSD) simptomlarını göstərdiyini deyib
 
Böyüklərin 48 faizi bildirib ki, müharibə başlayandan bəri danışmaq qabiliyyətini itirən və ya ifadə maneələrindən əziyyət çəkməyə başlayan uşaqlar var
 
Rəyi soruşulanların təxminən yarısının sözlərinə görə, uşaqlarda "müntəzəm və ya mütəmadi olaraq hüzn, yaxud ifrat kədər hissləri" müşahidə edirlər
 
Rəyi soruşulan bütün uşaqlar və böyüklərin 84 faizi partlayış və atışmanın uşaqlarda psixoloji gərginliyin bir nömrəli səbəbi olduğunu bildirib
 
Hesabatda 2, 3 milyon uşağın Suriyanı tərk etdiyi və altı yaşadək ən azı 3 milyon uşağın müharibədən başqa heç nə görmədiyi bildirilir.
 
Zəhərli stress beyin, yaxud digər orqanların inkişafını poza bilər, həmçinin, yetkin yaşda narkomaniya və psixiatriya xəstəliklərinin riskini artırır, Harvard Universitetində uşaq hüquqlarının müdafiəsi və psixi sağlamlıq üzrə mütəxəssis Alexandra Chen deyib. 
 
Qeyd edək ki, 2011-ci ilin mart ayından Suriyada hökümət qüvvələri ilə  ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında silahlı qarşıdurma gedir. 

Google+ WhatsApp ok.ru