Suriyada böyük kütləvi məzarlıq aşkar edildi

Suriyada “İslam dövləti” terror qruplaşmasının əsirlərinə məxsus 70 meyitin olduğu böyük kütləvi məzarlıq aşkar edilib. Bu barədə “Sinxua” məlumat yayıb. 
 
Məzarlıq Deyr əl-Zur şəhəri yaxınlığında tapılıb. Bununla yanaşı, əksər meyitlər yaraqlılarla mübarizə aparan Şuaitat qəbiləsinin sakinlərinə məxsusdur. 
 
Əksər meyitlərin üzərində güllə izlərinin olduğu, bəzi meyitlərin isə başsız aşkar olunduğu bildirilir. 

Google+ WhatsApp ok.ru