Suriyada dəhşətli terakt: 65 ölü

Suriyada növbəti terro aktı törədilib
Musavat.com haberturk.com-a istinadən xəbər verir ki, Suriyanın Haseki şəhərində heyvan bazarında törədilən terror aktı 65 nəfərin ölməsinə, xeyli sayda insanın yaralanmasına səbəb olub.
 
Məlumata görə, terror aktında istifadə edilmiş bomba xüsusi olaraq hazırlanıb. Partladıqdan sonra ətrafa qəlpələr saçan bomba, cəsədlərin tanınmaz hala gəlməsinə səbəb olub.
 
Suriya Ümumi İnqilab Şurasından (SÜİŞ) verilən məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var.
 
Hələlik teraktı heç bir radikal qruplaşma öz üzərinə götürməyib./
 

Google+ WhatsApp ok.ru