Suriyada döyüşlərin dayandırılması anlaşmasının icrasına başlanılıb

Suriyada döyüşlərin dayandırılması anlaşmasının icrasına başlanılıb

Astana 4-də Suriyanın dörd bölgəsində döyüşlərin dayandırılması ilə bağlı təminatçı dövlətlər tərəfindən imzalanan anlaşmanın icrasına başlanılıb.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
 
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, bu ölkə Suriyadakı hərbi qüvvələri və hava qüvvələrini Palmira istiqamətdə və Dirazzurun İŞİD-in muhasirəsindən çıxarılmasına yönəldəcək. Bəyan edilib ki, Rusiyanın hərbi hava qüvvələri döyüşlərin dayandırılsığı bölgədə hava hücumlarını dayandıracaq, amma İŞİD-ə qarşı aviazərbələrini artıracaq.
 
Rusiya Ordusunun Baş Qərargahının əməliyyatlar otağının sədri Sergey Rudeskinin sözlərinə görə döyüşlərin dayandırıldığı bölgələrin hüdudlarında hökumət qüvvələri ilə anlaşmaya qoşulan və sonra qoşulacaq silahlı qruplaşmalar arasında hərbi əməliyyatlar dayanacaq. O bildirib ki bu bütün növ silahlara, o cümlədən aviazərbələrə də aiddir.
 
Rusiya Müdafiə Nazirliyinin rəsmiləri bildirib ki, anlaşmaya sözügedən bölgələrdə olan qruplaşmaların 27 komandiri razılıq verib. Atəşkəsin pozulacağı tərəfə cavab atəşinin açılması istisna edilməyib.
 
Qeyd edək ki, Suriyada oxşar atəşkəslər imzalanmışdı. Öncəki atəşkəslər "ən-Nusra" cəbhəsi və ona tabe olan birləşmələrin, razılaşmaya boyun qoyan qruplaşmalardan ayırd edilməməsi üçün davam etməmişdi. Hazırda atəşkəsə ümidlər çox olsa da, sabiq problem qalmaqdadır və görünən odur ki, Türkiyə indiyə qədər dəstəklədiyi qruplaşmaları "ən-Nusra" cəbhəsindən ayıra bilmir və ya bunu etmək istəmir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru