Suriyada Iranlı jurnalist yaralanıb

Suriya ordusunun Laziqiyyə yüksəkliklərindəki əməliyyatını işıqlandıran zaman İran Televiziyasının (IRIB) müxbiri Məhəmməd Həsən Hoseyni ağır yaralanıb. 
Maide.az  İRİB-ə istinadən xəbər verir ki, yaralanmış IRIB müxbirinin  vəziyyəti yaxşıdır. "Suriya ordusunun Laziqiyyə yüksəkliklərindəki əməliyyatını işıqlandıran zaman yaralanan müxbir çoxlu qan itirməsinə görə, koma vəziyyətinə düşüb. IRIB müxbiri Məhəmməd Həsən Hoseyni Laziqiyyənin "Diraci" xəstəxanasında həkim qrupunun səyi nəticəsində həyatı xilas olunub".
45 yaşlı IRIB müxbiri Məhəmməd Həsən Hoseyni 20 il dir ki, jurnalist işləyir. İl yarım bundan öncə IRIB-nin Suriyanın paytaxtı Dəməşqdəki ofisində çalışmağa başlayıb. İranlı müxbir bundan öncə Livanın paytaxtı Beyrutdakı IRIB ofisində fəaliyyət göstərirdi və Livan Hizbullahının 2006-cı ildə sionist rejimlə 33 günlük müharibəsinin işıqlandırılmasında diqqətəlayiq iştiraka malik olub. /
 

Google+ WhatsApp ok.ru