Suriyada mühasirədə olan 4 bölgənin boşaldılması üçün razılıq əldə olunub

Suriyada mühasirədə olan 4 bölgənin boşaldılması üçün razılıq əldə olunub

Suriyada mühasirədə olan 4 bölgənin boşaldılması üçün razılıq əldə olunub . 
 
Maide.info xəbər verir ki, Suriya İnsan Hüquqları adı ilə tanınan təşkilatı  elan edib ki, 2 ildən çoxdur ki, mühasirədə olan bu dörd bölgənin boşaldılması üçün hökumət qüvvələri və “müxaliflər” arasında razılıq əldə olunub.
 
Dəməşqin yaxınlığında yerləşən və hökumət qüvvələrinin mühasirəsində olan Zubdani və Mazaya qəsəbə sakinləri və eləcədə uzun müddətdir İŞİD terror qruplaşmasının mühasirəsində olan, əsasən şiələr məskunlaşmış Fuə və Kəfəriya qəsəbəsinin sakinləri boşaldılacaq. 
 
Bu qəsəbələrin boşaldılmasına aprel ayının 4-dən başlanacaq. Artıq bu bölgələrdə atəşkəs elan olunub və qəsəbələrin boşaldılması üçün hazırlıq işləri gedir. 
 
Bu bölgələrdə 60 min insanın mühasirədə olduğu bildirilir. 
 
Qeyd edək ki, bir müddət öncə də “müxaliflər” Fuə və Kəfəriyanın sakinlərinin boşaldılması ilə bağlı razılıq vermişdir. Lakin daha sonra bu bölgənin dinc sakinlərini boşaltmaq üçün göndərilən avtobuslara od vurub yandırmışdılar. 

Google+ WhatsApp ok.ru