Suriyadan götürülmüş 600 ton kimyəvi maddə zərərsizləşdirildi

Kimyəvi Silahlara Qadağa Təşkilatının baş müdiri Suriyadan götürülmüş 600 ton kimyəvi maddənin bir Amerikan gəmisində zərərsizləşdirilməsindən xəbər verib. 

Rusiyanın Səsi radiosunun məlumatına görə, Əhməd Üzümçü bildirib: bu əməliyyatın başa çatması ilə, Suriyanın kimyəvi anbarlarının məhv edilməsi prosesinin ən həssas və mürəkkəb mərhələsi bu beynəlxalq dəniz əməliyyatında yekunlaşmış oldu.

Bu məlumatda həmçinin deyilir: Suriyadan götürülmüş kimyəvi maddələrin məhv edilməsi əməliyyatı təyin olunmuş 60 günlük zaman cədvəlinin başa çatmasından öncə başa çatdırıldı və Kimyəvi Silahlara Qadağa Təşkilatının müfəttişləri kimyəvi maddələrin dənizə sızması hadisəsinin baş vermədiyini təsdiq ediblər.

Bu kimyəvi maddələrin zərərsizləşdirilməsi əməliyyatından sonra yerdə qalan tullantılar Almaniya və Finlandiyanın sənaye şirkətləri tərəfindən məhv ediləcək.
 

Google+ WhatsApp ok.ru