`Suriyada Rusiyanın xüsusi təyinatlı qüvvələri var`

Rusiya qoşunlarının komandirləridən biri general-polkovnik Aleksandr Dvornikov bildirib ki, Suriyada Rusiyanın xüsusi təyinatlı qüvvələri hərbi əməliyyatlarda iştirak edir.
 
Maide.az xəbər verir ki,  Dvornikov xüsusi təyinatlı qüvvələrinin vəzifələrinin nədən ibarət olduğunu da açıqlayıb. General-polkovnikin sözlərinə görə, xüsusi təyinatlı qüvvələr Rusiya aviasiyasının zərbələr endirməsi üçün obyektlərdən kəşfiyyat məlumatları toplayırlar.
 
Dvornikov onu da bildirib ki, rusiyalı hərbi müşavirlər Suriya hakimiyyətinə də yaxından kömək edir. Generalın sözlərinə görə, hərbi müşavirlər terrorçulara qarşı döyüşlərin necə aparılması və hərbi texnikanın yerləşdirilməsi barədə suriyalı hərbçilərə yardım edirlər./
 

Google+ WhatsApp ok.ru