`Suriyada sionizmə qarşı savaşırıq`

`Suriyada sionizmə qarşı savaşırıq`

-- Dəməşq şəhərində `Qüds Mədəniyyət Günü` ilə bağlı tədbir keçirilib

Dəməşq şəhərində "Qüds Mədəniyyət Günü" ilə bağlı tədbir keçirilib.
 
Maide.Az "Rasthaber"ə istinadən xəbər verir ki, tədbirdə Suriya prezidentinin müşaviri Buseynə Şaban ölkədəki son vəziyyət barədə məlumat verib.
 
O qeyd edib ki, Türkiyə və Amerika qüvvələri terrorçuların alternativini formalaşdırmaq üçün Suriyanın şimalına giriblər:
 
"Türkiyənin Suriya torpaqlarına təcavüzü Suriya sərhədlərində qanunsuz güc təşkil etməyə çalışan Amerikanın qərarının tamamlayıcısıdır", - deyə B.Şaban vurğulayıb.
 
O, sözlərinə əlavə edib ki, sionizmin kökü terrorizmlə eynidir və Suriyada terrorçulara qarşı edilən mübarizə, əslində sionizmə qarşı aparılır.

Google+ WhatsApp ok.ru