Suriyada təyyarə qəzaya uğradı, 35 hərbçi həlak oldu

Suriyanın şimal-qərbində yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 35 hərbçi həlak olub.
 
Report.az xəbər verir ki, Suriyanın insan haqları üzrə müşahidə qrupunun məlumatına görə, təyyarə İdlib əyalətində pis hava şəraiti və güclü duman səbəbindən yüksək gərginlikli elektrik xəttinə ilişib.
 
Suriyanın rəsmi kütləvi informasiya vasitələri qəza faktını təsdiq edib.
 
Lakin “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qanadı sayılan “Nüsra cəbhəsi” qruplaşması təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir. /
 

 

Google+ WhatsApp ok.ru