Suriyada vuruşmaqda təqsirli bilinən daha iki nəfərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada vuruşmaqda təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən N. Abbasov 15, H. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki hər iki şəxs MTN əməkdaşları tərəfindən saxlanılıb.

Google+ WhatsApp ok.ru