Suriyada xilas edilmiş şəhərləri bu qadın polislər qoruyacaq - FOTO

Suriyada xilas edilmiş şəhərləri bu qadın polislər qoruyacaq - FOTO

Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Polis Akademiyasında dünən qadın polislərin məzuniyyət mərasimi keçirilib.  

Mərasimdə öz bacarıqlarını nümayiş etdirən qadın polislər “AK-47” (Kalaşnikov) silahı ilə atışlar reallaşdırıblar.  

Bildirilib ki, məzun olan 50 qadın polis işləmək üçün artıq müraciət ediblər.  

Qeyd olunub ki, məzun olan xüsusi təlim keçmiş qadın polislər xilas edilmiş şəhərlərdə yüksək rütbəli hərbçiləri və mülki şəxsləri qorumaq üçün vəzifələrini icra edəcəklər. (eastnews) /

Google+ WhatsApp ok.ru