Suriyada üzərində Bəşər Əsədin şəkli olan əskinaslar dövriyyəyə buraxılıb

Suriyada üzərində Bəşər Əsədin şəkli olan əskinaslar dövriyyəyə buraxılıb

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.
 
Maide.İnfo xəbər verir ki, Əsədin təsviri 2 min Suriya lirəsi (təqribən 4 ABŞ dolları) üzərində öz əksini tapıb.
 
Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əskinas çoxdan çap olunub, lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.
 
Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.
 

Google+ WhatsApp ok.ru