Suriya dövlət televiziyası raketlərin vurulduğunu bildirir

Suriya dövlət televiziyası raketlərin vurulduğunu bildirir

-- İsrailin atdığı raketləri

Suriya dövlət televiziyası bildirir ki, ölkənin havadan müdafiə sistemləri aprelin 16-da axşam Shayrat aerodromununu hədəfə alan raketləri vurub.
 
Maide.Az "azadliq.org" -a istinadən  xəbər verir ki, raketləri Homs regionu üzərinə kimin atdığı açıqlanmasa da, dövlət televiziyası bu hərəkəti “aqressiya” adlandırıb.
 
Suriyada hərbi mənbə bildirib ki, bu Shayrat  aerodromuna təcavüzü işğalçı İsrail rejimi qırıcıları atıb. Bütün bu raketlər Suriya səmasında ölkənin HHM Qüvvələri tərəfindən məhv edilib.
 
Aprelin 14-də ABŞ, Britaniya və Fransa Suriyaya 100-dən çox raket buraxıb, üç şübhəli kimyəvi silah obyektini hədəfə alıb.
 
Suriyayla müttəfiqi Rusiya bu hərəkəti suveren dövlət üzərinə təcavüz adlandırıb.
 
Raket zərbələri Dəməşq yaxınlığındakı Duma şəhərinə şübhəli qaz hücumuna cavab olaraq endirilib.
 
 Suriya hökuməti ölkə ərazisindəki qaz hücumlarına görə heç bir məsuliyyət daşımadığını bildirib. (azadliq.org) 
 

Google+ WhatsApp ok.ru