Suriya işğalçı İsrail rejiminin 2 təyyarəsini vurub - YENİLƏNİB

Suriya işğalçı İsrail rejiminin 2 təyyarəsini vurub - YENİLƏNİB

Suriya Ordu Komandanlığı elan edib ki, işğalçı İsrail rejiminin təyyarəsini vurub. 
 
Maide.Az  xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi elan edib ki, Suriya Ordu Komandanlığı bildirib ki, işğalçı rejimin 4 qırıcısı Suriyanın hava sərhəddini pozaraq Palmira yaxınlığında ölkənin hərbi bazalarından birinə hücum edib. 
 
Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri işğalçı İsrailin iki təyyarəsini vuraraq məhv edib. 
 
Suriya KİV-ləri bundan öncə xəbər vermişdi ki, bu gün gecə saatlarıda Suriyadakı hədəflərə hücum edən İsrail rejiminin qırıcıları zenit-raket kompleksi tərəfindən atəşə tutulub.
 
Həmçinin sionist İsrail ordusunun sözçüsü elan edib ki, ötən 6 il ərzində bu ilk dəfə idi ki, Suriya Ordusu zenit-raket kompleksi ilə atəş açıb. İşğalçı rejim hələlik qırıcı təyyarələrinin vurulmasına münasibət bildirməyib. /

Google+ WhatsApp ok.ru