Suriyalı müxaliflərə bombalı hücum: 45 ölü

Əhraruş Şam Briqadasının komandiri Həsən Əbbud ilə səhra komandirlərindən Əbu Talha, Əbu Yazan əş-Şami, Əbu Əymən, Əbulhayr Tuum, Əbu Ənəs Binnəş ilə İslami Cəbhədə şəri məsələlər səlahiyyətlisi Əbu Əbdulməlikin İdlibin Ram Hamdan kəndindəki qərargahlarında toplantı keçirərkən bomba yüklü maşınla hücum təşkil edilib.
 
Hücumda komandirlərin də aralarında olduğu 45 nəfərin öldüyü, çoxlu sayda insanın isə yaralandığını deyən "İslam Cəbhəsi"nin mətbuat katibi Saleh Ənadani hücumun kimlər tərəfindən həyata keçirildiyi barədə heç nə deməyib. 
 
Qeyd edək ki, bir müddət əvvəl də İŞİD terrorçuları Hələbdə Əhraruş Şamın qurucusu və Əl-Qaidənin əhəmiyyətli simalarından olan Əbu Xalid əs-Surini öldürmüşdü.
 
Saleh Ənadani bildirib ki, Ram Hamdan kəndində briqada qərargahı indiyə qədər həmişə gizli saxlanılıb. Yalnız yüksək səviyyədə səhra komandirləri toplantı olduğunu və yerini bilirdi. 
 
Suriyada döyüşən silahlı qrupların ən güclülərindən biri olan Əhraruş Şam Hərəkatı ölkənin şimal-qərbindəki İdlib bölgəsinə nəzarət edir.

Google+ WhatsApp ok.ru