Suriyalı sənətçi Quranı parça üzərinə yazdı; Çəkisi 200 kq, qiyməti 6.5 milyon dollar - FOTO

Suriyalı sənətçi Quranı parça üzərinə yazdı; Çəkisi 200 kq, qiyməti 6.5 milyon dollar - FOTO

Suriyalı peşəkar dərzi və tikiş ustası Məhəmməd Hadi Haziri bütün Qurani-Kərimi paltartikən tikiş maşını ilə məxməl parça üzərinə yazaraq sərgiyə çıxartdı.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, dörd il öncə Türkiyəyə köç edən Suriyalı peşəkar dərzi və tikiş ustası Məhəmməd Hadi Haziri tikiş maşını ilə parça üzərinə yazdığı Quranı Türkiyənin Bursa şəhərinin sərgisində nümayiş etdirir.
 
Sənətçi Qurani-Kərimin bütün ayələrini 12 il müddətində məxməl parça üzərinə tikdiyini deyib.
 
Suriyalı sənətçi parça Quran nüsxəsini 2000-ci ildə tikməyə başlamış və 2012-ci ildə ilk dəfə İran İslam Respublikasında sərgiyə çıxarıb. Bundan sonra isə müxtəlif müsəlman ölkələrinin müxtəlif şəhərlərindəki sərgilərdə öz sənət işini nümayiş etdirib. 
 
Türkiyənin Bursa, Trabzon, İstambul və Gaziantep şəhərlərində sərgiyə çıxarılan bənzərsiz əsər məxməl parça üzərində qalın saplardan istifadə edilərək hüsnxətt və güllü naxış ilə yazılıb.
 
Bu Quran nüsxəsi 12 cilddən ibarətdir və 426 səhifəsi var. Quranın çəkisi isə 200 kq-dır. Əsərin ilkin qiyməti 6.5 milyon dollar təyin edilib.
 
 

Google+ WhatsApp ok.ru