Suriya münaqişəsinin nizamlanması üzrə növbəti mühüm Astana görüşünün vaxtı

Suriya münaqişəsinin nizamlanması üzrə növbəti mühüm Astana görüşünün vaxtı

Rusiya nümayəndələri Qazaxıstan Xarici İşlər Nazirliyini Suriyada vəziyyətin nizamlanmasına dair beynəlxalq görüşü Astanada iyunun 12-13-də keçirmək niyyəti barədə məlumat verib. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.
 
"Hazırda zamin ölkələri - Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası - Suriya münaqişəsinin nizamlanması prosesinə dair astana görüşünün növbəti raundunun vaxtını birdəfəlik müəyyənləşdirmək üçün öz aralarında fəal və intensiv məsləhətləşmələr aparırlar. İlkin planda rusiyalı tərəfdaşlarımız bizə məlumat verdi ki, onlar tərəfdaşlarına iyunun 12-13-də Astanada toplaşmağı təklif etməyi hazırlaşırlar", - Abdraxmanov məlumat vermişdir.
 
Abdraxmanov keçən dəfəki Astana görüşündə zamin ölkələr tərəfindən Suriyada dörd deeslakasiya zonasının yaradılması barədə memorandum imzaladıqlarını xatırladıb və növbəti Astana mərhələsi zamanı sözügedən memorandumun həyata keçirilməsini konkretləşdirməyin, bu deeslakasiya zonalarının necə fəaliyyət göstərəcəyini müəyyən etməyin nəzərdə tutulduğunu qeyd edib.
 
Onun sözlərinə görə, imzalanmış memorandum və dörd gərginliyin azaldılması zonasının (deeslakasiya) yaradılması "bir çox hallarda Suriya ərazisində gərginliyin azalmasına və döyüşün xeyli azalmasına səbəb olub".
 
Xatırladaq ki, mayın 3-4-də Astanada Suriyadakı vəziyyətin nizamlanması üzrə yüksək səviyyəli dördüncü beynəlxalq görüş keçirilib. Danışıqlarda Suriya hökumətinin və suriya silahlı müxalifətinin, hərbi əməliyyatların dayandırılması rejiminin zamin ölkələrinin (İran, Rusiya və Türkiyə) nümayəndə nümayəndə, eləcə də İordaniya, ABŞ və BMT-nin heyətləri iştirak edib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru