Suriya münaqişəsinin nizamlanması üzrə “Astana-5” danışıqlarının nəticələri

Suriya münaqişəsinin nizamlanması üzrə “Astana-5” danışıqlarının nəticələri

Astanada iyulun 4-5-də keçirilən Suriya üzrə danışıqların 5-ci mərhələsini gərginliyin aradan qaldırılması (deeslakasiya) zonaları üzrə hər hansı bir sənədin imzalanması ilə qeyd etmək mümkün olmayıb. Lakin proses dayanmayıb, gərginliyin azaldılması zonalarına avqust ayında sərhədlər çəkiləcək.
 
Rusiya, Türkiyə və İran verdikləri birgə yekun bəyanatda işçi qrupunun yaradılmasını rəsmən təsbit ebiblər və bu işçi qrupuna deeslakasiya üzrə bütün səlahiyyətlər ayrılıb.
 
Bu işçi qrupunun ilk iclası avqustun 1-2-də İranda, yüksək səviyyədəki beynəlxalq görüş isə avqustun son həftəsində yenə Astanada keçiriləcək.
 
İyulun 4-də Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrenyev ayrı-ayrı deeslakasiya zonaları üzrə sənədin imzalanmasının ola biləcəyini bildirdi. Əgər Suriyanın cənubundakı İdlib əyalətinin royonları ərazilərində təmas xətti və burada nəzarət baxımından aşkar fikir ayrılıqları var idisə, onda ikinci və üçüncü zonaslarda, yəni Homs və Şərqi Qutada sənədli rəsmiləşdirilmə tamamilə mümkün görünürdü. Lavrenytevin sözlərinə görə,zamin ölkələr olan İran-Rusiya-Türkiyə Homs və Şərqi Quta sərhədləri üzrə 100 faizlik uyğunluq əldə etmişdilər.
 
Suriya hökümətinin nümayəndə heyətinin rəhbəri Bəşər Cəəfəri isə görüşdə razılığın əldə edilməməsində Türkiyəni və Silahlı Suriya müxalifətini günahlandırıb.
 
"Mən danışıqlardakı bu cüzi nəticəni uğursuz adlandırmaq istəmirəm. Bütün tərəflərin qəbul etdiyi müsbət köklənmədən (niyyətdən) fərqli olaraq, türkiyənin siyasəti Astana prosesi barədə özünü mənfi özünü göstərdi. Bu görüşün yekunlarında, cüzi nəticəsində də əksini tapdı".
 
Lavrentyev mətbuat konfransında diplomatik şəkildə aydınlaşdırdı ki, Türkiyə sənəddin razılaşdırlması üzrə əlavə vaxt istəyib. "İdlib, Homs və Şərqi Quta rayonlarında deeslakasiya zonalarının yaradılması haqqında sənədin imzalanmasını təxirə salmaq qərarı müvəqqəti haldır", - Rusiya nümayəndəsinin bu sözləri tərəfdaşlara siqnal kimi səslənib.
 
O, cənub zonası adlandırılan deeslakasiya zonaları barədə qeyd edib ki, müxalifət yönümlü qruplaşmalara təsirlərini nəzərə alaraq İordaniya və ABŞ-ın iştirakları olmadan bu zonalar ola bilməz. (islaminsesi) /

Google+ WhatsApp ok.ru