Suriyanın bərpası üçün 180 milyard dollar lazımdır

Suriyanın bərpası üçün 180 milyard dollar lazımdır

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasının qapalı məsləhətləşməsində bildirib ki,  Suriyanın tam bərpası üçün ən azı 180 milyard dollar tələb olunacaq.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi yazıb.
 
Onun sözlərinə görə, bu vəsaitin ayrılmasına nə bir ölkənin, nə də iki ölkənin gücü çatmaz. 
 
Çurkin həmçinin vurğulayıb ki, siyasi sistemdə müəyyən islahatlar aparılmasa Suriya kömək məqsədilə hansısa beynəlxalq kampaniyasının keçiriləcəyinə ümid etmək absurddur. /

Google+ WhatsApp ok.ru