Suriyanın BMT nümayəndəsi: `Gücünüz çatırsa, məscidi-Əqsanı xilas edin`

Suriyanın Birləşmiş Millətlər Təşkilatı daimi nümayəndəsi Bəşşar Cəfəri bəzən Səudiyyəli, bəzən də Qətərli heyətlərin Suriyada insan haqları vəziyyətini tənqid edən qətnamə layihəsi təqdim etmələrinin ikiüzlülük olduğunu deyib. Maide.az xəbər verir ki, Cəfəri, "Yüzlərlə hesabat və bəyanatlar bu iki rejim ilə Türkiyəli tərəfdaşlarının Suriyada qarşıdurmanı artırmaq və beynəlxalq terroru ora gətirərək, Suriya daxilindəki böhranın siyasi həllini ləngitməkdə barmaqlarının olduğunu göstərmişdir" - deyib.
 
ABŞ vitse-prezidenti Co Baydenin Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və digər körfəz rejimlərinin Suriyadakı terroru dəstəklədikləri və maliyyələşdirdikləri iddiasına diqqət çəkən Cəfəri, Suriyaya terrorçu ixrac edən ölkələr siyahısının başında bu üç ölkənin yer aldığını söyləyib.
 
Cəfəri həmçinin Səudiyyə Ərəbistanının şərq bölgələrində səudiyyəli vətəndaşların hüquqlarının pozulduğunu göstərən və 100 səhifədən ibarət olan Vaşinqtondakı Körfəz Strateji Araşdırmalar İnstitutundan çıxan hesabata da işarə edib. Cəfəri, "Səudiyyə Ərəbistanı və Qətərin İsrail işğalına qarşı Fələstinə döyüşçü göndərib Məscidi Əqsanı azad edəcəkləri yerdə, Suriyaya göndərib müsəlman öldürür" - deyib.

Google+ WhatsApp ok.ru