Suriyanın HHM vasitələri İsrailin raket hücumunu dəf edib

Suriyanın HHM vasitələri İsrailin raket hücumunu dəf edib

Suriyanin hava hücumundan müdafiə vasitələri işğalçı İsrail rejiminin təcavüzünü dəf edib. 
 
Maide.Az xəbər verir ki, bu barədə Suriyanın dövlət telekanalı xəbər verib. 
 
Qeyd edək ki, işğalçı İsrail  rejimi Hərbi Hava Qüvvələri Suriyanın cənub regionuna raket zərbəsi endirib.
 
Eyni zamanda, işğalçı rejim təyyarələri Təll əl-Hara təpəsinə hücum ediblər.
 
Nəticədə İsrailin bir neçə raketi vurulub.  Bildirilir ki, yalnız maddi ziyan vurulub.
 
 

Google+ WhatsApp ok.ru