Suriya ordusu 3 ildir mühasirə altında saxlanılan Deyr Əz-Zora çatdı

Suriya ordusu 3 ildir mühasirə altında saxlanılan Deyr Əz-Zora çatdı

Suriya ordusunun Pələng Briqadasının 3 ildir İŞİD-in mühasirəsi altında olan Deyr Əz-Zor şəhərinə çatdığı bildirilib.
 
Deyerler.org Al-Masdara istinadən xəbər verir ki, ordu və müttəfiqlərinin bölgədəki əməliyyatları aylardır davam edir və səhra bölgəsinin böyük bir qismi İŞİD-dən təmizlənmişdir.
 
Pələng Briqadası dünən şəhərin qərbindəki Əl-Harrata neft ərazisini İŞİD-in işğalından azad etməyə nail olub. Bundan sonra, ordu qüvvələri qısa bir müddət ərzində 10 kilometrlik bir məsafəni nəzarətinə keçirməyi bacarıb.
 
İŞİD-in ən çox itki verdiyi bölgələrdən biri kimi tanınan Deyr Əz-Zor şəhəri, uzun bir müddətdir İŞİD-in şiddətli hücumlarının hədəfində idi.
 
Bu ilin əvvəllərində İŞİD yaraqlılarının şəhər və hava bazası arasındakı əlaqəni kəsməsi vətəndaşlara humanitar yardımların çatdırılmasında çətinliklər yaratmışdır. Digər tərəfdən, Pələng qoşunlarının Raqqadan, dəstək kimi Dəməşqdən gələn 4-cü Briqadanın isə şəhərə Suhna istiqamətindən çatdığı bildirilib.
 
Sputnik-ə açıqlama verən cəbhədəki komandirlərdən biri Deyr Əz-Zordakı irəliləyişi təsdiq edib. Həmin komandir qısa bir müddətdə şəhərin İŞİD-dən azad ediləcəyini və yaraqlıların şəhərdən tamamilə təmizlənəcəyini söyləyib.
 
Deyr Əz-Zor şəhərinin valisi “mühasirə yarılır” açıqlamasından sonra, illərdir qorxuyla gözləyən xalq küçələrə çıxıb.
 
Suriyanın Deyr Əz-Zor şəhərinin valisi Məhəmməd İbrahim Samarə şəhərin mühasirəsinin yaxın 24 və ya ən çoxu 48 saat ərzində ordu tərəfindən yarılacağını bildirib.
 
Samarənin verdiyi məlumata görə, Suriya ordusu hazırda Deyr Əz-Zorun 20 kilometrliyindədir.
 
Suriya dövlət televiziyası isə ordunun bəzi hissələrinin İŞİD-in Deyr Əz-Zordakı mövqelərini hədəfə alaraq, terrorçuların dəstək xəttini məhv edib, tamamilə kəsdiyini bildirib.
 

Google+ WhatsApp ok.ru