Suriya ordusu İşğalçı İsrail rejiminə məxsus təyyarəni vurub

Suriya ordusu İşğalçı İsrail rejiminə məxsus təyyarəni vurub

Suriya ordusu bu gün - sentyabrın 13-də ölkənin qərbində  Quneytira  əyalətində İşğalçı İsrail HHQ-nə məxsus qırıcını və kəşfiyyat məqsədli pilotsuz  uçuş aparatını məhv ediblər.
 
Maide.Az xəbər verir ki, bildirilir ki, RƏM qüvvələri İsrail  aviasiyasının Suriyanın sözügedən regionda  ordu mövqelərinə hücumlarına cavab olaraq işə salınıb.
 
Bundan öncə bəzi  KİV-lər Suriya ordusunun Quneytira bölgəsində işğalçı İsrail rejiminə məxsus vertolyotu yer-hava raketi ilə vurduğunu demişdi. 
 
Son bir neçə gündür ki, işğalçı sionist rejimi Suriyanın Covlan təpələri və bir neçə digər ərazilərinə hava hücumları təşkil edir.
 
 

Google+ WhatsApp ok.ru