Suriya ordusu İŞİD-in “Hərbi naziri”ni məhv edib

Suriya ordusu İŞİD-in “Hərbi naziri”ni məhv edib

Suriya ordusu İŞİD-in "hərbi naziri" Əbu Musab əl-Məsrini Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürüb. 
 
Maide.İnfo Presstv-yə istinaədn xəbər verir ki, əməliyyat zamanı həmçinin İŞİD terrorçularının Sifyan Muhamməd Abuş və Əbu Əhməd Əl-Kəfir Əl-İbaci adlı komandirlərindən ikisi öldürülüb. 
 
Suriya ordusu bu əməliyyat zamanı 19 tank, bomba yüklü 11 avtomobil və 9 silah-sursat anbarını partladıb. 
 
Suriya ordusu Hələbin şərqində bir neçə kəndi terrorçulardan təmizləyib. Eləcə də bir hərbi bazanı terrorçuların əlindən alıb. /

Google+ WhatsApp ok.ru