Suriya ordusu Hələbdə hərbi əməliyyatları dayandırdı

Suriya ordusu Hələbdə hərbi əməliyyatları dayandırdı

Rusya xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriya ordusu dinc əhalini şəhərdən çıxarmaq üçün Şərqi Hələbdə hərbi əməliyyatları dayandırıb. 
 
Maide.Az xəbər verir ki, S.Lavrov deyib ki, bu gün Şərqi Hələbdə fəal hərbi əməliyyatlar dayandırılır. Ona görə ki, dinc sakinlərin bu bölgədən çıxarılması üçün irihəcmli əməliyyat keçirilir.  Bu əməliyyat nəticəsində 8 min  sakin müharibə bögləsindən çıxarılacaq. 
 
S.Lavrov deyib ki,  Rusiya və Amerika hərbi ekspertləri  Hələbdəki durumu müzakirə etmək üçün  şənbə günü  Cenevrədə görüşəcək. 
 
 

Google+ WhatsApp ok.ru