Suriya ordusu Hələb məktəblərinin birində edam edilmiş insanların cəsədlərini aşkar edib

Suriya ordusu Hələb məktəblərinin birində edam edilmiş insanların cəsədlərini aşkar edib

Hələb şəhərinin azad edilməsi şəhər əhalisi və Suriya xalqının sevincinə səbəb olub. Amma, Qərb və irticaçı Ərəb rejimlərinin dəstəyi ilə şəhəri 4 il işğalda saxlayan cahil terrorçuların şəhərə və onun əhalisinə vurduğu yaranın acısını unutmaq heç də asan olmayacaq.
 
Maide.Az xəbər verir ki, Suriya ordusu Hələb şəhərinin məktəblərinin birində təkfirçi terrorçu qruplaşmalar tərəfindən edam edilmiş insanların cəsədlərini aşkar edib. Bunu Suriyanın hərbi polisinin prokuroru Samer Yusef "Sputnik" agentliyinə deyib.
 
"Cəsədlərin üzərində işgəncə izləri var", - prokuror deyib.
 
Onun sözlərinə görə, bütün cəsədlər DNT analizi üçün xəstəxanaya göndəriləcək. (RİA Novosti)
 

 

Google+ WhatsApp ok.ru