Suriya ordusu Hələb aeroportunu işğaldan azad etdi

Suriya ordusu Hələb aeroportunu işğaldan azad etdi

Suriya ordusu və milli müqavimət qüvvələri Hələbin şərqində yerləşən Əl-Cərrah hava limanını terrorçularının işğalından azad edib.
 
Suriya ordusu və milli müqavimət qüvvələri hərbi hava limanının ətrafını terrorçulardan tamamilə təmizlədikdən sonra aeroporta daxil olub.
 
Bu hərbi aeroport Hələbin şərqində 60 km məsafəliyində yerləşir və 2013-cü ilin fevralından indiyə qədər bir neçə terror təşkilatının işğalı altında idi.
 
Suriya ordusu və milli müqavimət qüvvələri bir həftə əvvəl Əl-Cərrah hərbi aeropotunun qərbində yerləşən Əl-Mahdum qəsəbəsini terrorçulardan təmizləmişdir. Bu qəsəbə Məskənə şəhərinin şimalında terrorçuların işğalındakı ən strateji bölgə sayılır. (deyerler) /

Google+ WhatsApp ok.ru