Suriya ordusu şimalda və Deyr Əz-Zorda irəliləyişlərini davam etdirir- VİDEO

Suriya ordusu şimalda və Deyr Əz-Zorda irəliləyişlərini davam etdirir- VİDEO

Suriyanın ordu qüvvələri ölkənin şimalında yerləşən Hamanın şərq hissəsində daha 6 kənd və qəsəbəni İŞİD terrorçularının işğalından azad edə bilib.
 
Suriya qoşunları sentyabrın 6-da Hamanın Uqayribat bölgəsinin ətrafında keçirilən əməliyyatda onlarla İŞİD yaraqlısını zərərsizləşdirib.
 
Digər tərəfdən, Suriya hava qüvvələri və artilleriya birlikləri İŞİD terrorçularının Homsun ətrafında yerləşən mövqelərini hədəfə alaraq, bəzi təkfirçi terrorçuları məhv ediblər.
 
Suriya ordusunun birlikləri müttəfiq qüvvələrin dəstəyi ilə Deyr Əz-Zora doğru irəliləyişlərini davam etdirir.
Suriya qoşunları Deyr Əz-Zora doğru irəliləməsini davam etdirib, Kabacad qəsəbəsini İŞİD terrorçularından təmizləməyə nail olub. Deyr əz-Zorun 50 km cənub-qərbində yerləşən bu qəsəbə İŞİD terror təşkilatına bağlı terrorçuların son toplaşma mərkəzlərindən biri idi. Əməliyyatda terrorçuların ağır itkilər verdiyi qeyd olunub.
 
Ordu əməliyyatlarını Şulə bölgəsinə doğru davam etdirərək, bu bölgəni də İŞİD terrorçularından təmizləməyə başlayıb.
Bundan başqa, Suriya hava qüvvələrinə bağlı döyüş təyyarələri İŞİD terror təşkilatının Malaha, Sərdə, Hozaltim, Şulə, Ayyaş və Bakiliyə bölgələrindəki mövqelərini bombardman edib, əməliyyatda xeyli sayda terrorçunun öldürüldüyü bildirilib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru