Suriya ordusu Palmirranın qərbində İŞİD-in 30 terrorçusunu məhv edib

Suriya ordusu Palmirra şəhəri ətrafında gedən döyüşdə İŞİD terror təşkilatının 30 üzvünü məhv edib. Bu barədə Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzi bildirib.
 
Mənbə bu döyüşdə hökumət ordusunun 12 itki verdiyini bildirib.
 
İŞİD üzvləri Homsun şərqində, Palmirraya yaxın bögədə içərisində mina yerləşdirilmiş iki avtomaşını partladaraq, daha səkkiz əsgərin həlak olmasına səbəb olublar.
 
SANA-nın məlumatına əsasən, ordu Zəbədani, İdlib, Dəra əyalətlərində də əməliyyatlar aparıb.

Google+ WhatsApp ok.ru