Suriya paytaxtında baş verən terrorda ölənlərin sayı 76-ya çatıb

Maide.az SANA agentliyinə istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə İŞİD terrorçularının həyata keçirdiyi terror aktı nəticəsində ölənlərin sayı 76-ya çatıb. Bu barədə xəbəri ölkənin Daxili İşlər Nazirliyi təsdiqləyib. 
 
Hadisə yanvarın 31-də Suriya paytaxtının şiələr yaşayan məhəlləsində baş verib. Partlayıcı qurğulardan biri uzaq məsafədən idarə edilərək partladılıb. Daha sonra yaxınlıqdakı avtobusda kamikadze özünü partladıb və bundan bir neçə dəqiqədən sonra terrorçu kamikadze partlayıcı qurğunu işə salıb.
 
Terrora görə məsuliyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Google+ WhatsApp ok.ru