Suriya Rəqqa ərazisində 40-dan çox neft qurğusunu öz nəzarətinə alıb

Suriya Rəqqa ərazisində 40-dan çox neft qurğusunu öz nəzarətinə alıb

Suriya Rəqqa ərazisində  40-dan çox neft qurğusunu öz nəzarətinə alıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə əyalətdə  neft hasilatının bərpasına məsul olan   mühəndis neftçi  Əli İbraim bildirib.
 
O, əlavə edib ki, ərazi minalardan təmizləndikdən sonra Hama şəhərinə bərpa üçün göndəriləcək və iyulun sonunda  neft «nöqtələrinin» əksəriyyəti öz işini bərpa edəcək.
 
Əli İbrahim onu da vurğulayıb ki, terrorçular geri çəkilərkən  qurğuların əksəriyyətini partladıb.
 
Qeyd edək ki, iyulun başlanğıcından bəri Dəməşqin  Dabsan, Daylaa, əl-Ramilən, Tbisan, As-Saura və Vəhab  neft rayonları hökumətin nəzarətinə keçib.

Google+ WhatsApp ok.ru