Suriya İsrail təyyarəsini vurub - FOTO

Suriya İsrail təyyarəsini vurub - FOTO

-- Işğalçı rejim F-16 tipli təyyarənin vurulduğunu təsdiqləyib

Suriya Hərbi Hava Müdafiə Qüvvələri ölkənin hava məkanına soxularaq müxtəlif hədəfləri bombalayan işğalçı İsrail rejiminin F-16 tilpi hərbi təyyarəsini vurub. 
 
Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki,  işğalçı İsrail rejiminin  Silahlı Qüvvələrinin mətbuat xidməti  təyyarənin Suriya ərazisində vurulduğunu təsdiqləyib.  
 
Sionist rejimin  Hərbi Hava Qüvvələri hazırlıq vəziyyətinə gətirilib. 
 
İşğalçı rejim həmçinin elan edib ki, hərbi təyyarələr fevralın 10-da Suriyanın hava məkanında İranın Pilotsuz Uçan Aparatını (PUA) ələ keçirib, eyni zamanda Suriyada “müxtəlif hədəfləri” vurub.
 
Rəsmi Dəməşq isə İsrailin bir deyil, daha çox qırıcısının məhv edildiyini qeyd edib.
 
 

Google+ WhatsApp ok.ru