Suriya XİN Trampın Qolan Yüksəklikləri ilə bağlı açıqlamasını pisləyib 22 Mart 2019 12:12 Dünya Suriya ABŞ prezidenti Donald Trampın Qolan Yüksəklikləri ilə bağlı açıqlamasını pisləyən bəyanat yayıb. Maide.Az "ONA"-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada rəsmi Dəməşq Vaşinqtonun addımını düşünülməmiş siyasət adlandıraraq əlavə edib ki, bu siyasətdə təkəbbür və hegemonluq ambisiyaları özünü göstərir. Vurğulanıb ki, ABŞ açıq şəkildə beynəlxalq hüququ, o cümlədən BMT-nin 497-ci qətnaməsinin tələblərini pozur. Məlumatda o da qeyd olunur ki, bu ərazilər gec və ya tez Dəməşqin nəzarəti altına qaytarılacaq. Qeyd edək ki, ötən gün prezident Donald Tramp ölkəsinin işğalçı İsrailin Qolan Yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib. Teqlər : #Suriya,#XİN,#Trampın,#Qolan,#Yüksəklikləri,#ilə,#bağlı,#açıqlamasını,#pisləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda bərə qəzaya uğrayıb: 71 ölü Kraysterç məscidləri yenidən açılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO