Suriyaya atılan 103 raketdən 71-i köhnə sovet sistemləri tərəfindən dəf edilib!

-- “Bu, Suriyadan gedən ABŞ-ın qapını çırparaq vidalaşmasıdır”

 
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz “Feysbuk” səhifəsində ABŞ, İngiltərə və Fransanın ötən gecə Suriyaya hücumu barəsində fikirlərini paylaşıb. 
 
Maide.Az "Hurriyyet"-ə isitnadən xəbər verir ki, Paylaşmada yazılıb: “Suriya. 103 raketdən 71-i dəf edilərək vurulub. Üstəlik, Suriyadakı Hava Hücumundan Müdafiə Sistemləri yalnız sovetlərin köhnə S-200 raketləridir. Deyəsən, bir nəfər də olsun, suriyakı hərbçi və ya dinc vətəndaş zərər çəkməyib.
 
Raket hücumu ABŞ-ın və onun müttəfiqlərinin azacıq müasir rəqiblə mübarizədə hərbi zəifliyini göstərdi. Bunun nəticəsi ABŞ-ın Suriyada irimiqyaslı aqressiyası yox, ABŞ-ın Suriyadan gedişi olacaqdır. Raket zərbəsi yeni müharibənin başlanğıcı yox, Suriyadan evlərinə gedən yankilərin qapını arxalarınca çırparaq vidalaşmasıdır”.
 

 

Google+ WhatsApp ok.ru