Suriya üzrə danışıqlar aprelin 11-də bərpa ediləcək

 Suriya üzrə danışıqların növbəti raundu aprelin 11-də Cenevrədə keçiriləcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixayil Boqdanov bəyan edib.
 
“Aprelin 13-də Suriyada seçkilər keçiriləcək. Seçkilərdə iştirak edən bir neçə nümayəndə heyətinin üzvü aprelin 14-də Cenevrəyə gələcək. Bilavasitə danışıqlar isə artıq aprelin 11-də başlayacaq”, deyə M.Boqdanov bildirib.
 
Qeyd edək ki,  bundan əvvəl BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqların növbəti raundunun aprelin 9-da başlanacağını bildirmişdi. /

Google+ WhatsApp ok.ru