Suriya üzrə “Cenevrə-6” danışıqları davam edir - İlkin nəticələr

Suriya üzrə “Cenevrə-6” danışıqları davam edir - İlkin nəticələr

Cenevrədə Suriya münaqişəsinin nizamlanması üzrə bazar ertəsindən etibarən keçirilən danışıqların ikinci gününün əsas hadisəsi Suriya hökumətinin nümayəndə heyəti ilə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura arasında antiterror problemlərinin müzakirəsinin başlaması olub.
 
Dəməşq nümayəndə heyətinin başçısı Bəşər Cəəfəri BMT-nin xüsusi nümayəndəsi ilə keçirdiyi iki saatlıq görüşünü yekunü üzrə jurnalistlərə açıqlamasında bildirib ki, "Bu, mühüm başlanğıcdır".
 
Bundan əlavə Suriyanın silahlı müxalifətinin üç platformadakı - "qahirə", "moskva" və "ər-riyad" - nümayəndələri ilk dəfə olaraq iyulun 10-da bir araya gələrək öz aralarında iki saatlıq görüş keçirib və çərşənbə axşamı De Misturanın ofisinin ekspertləri ilə seçki məsələləri üzrə texniki məsləhətləşmələr aparıblar, eləcə də öz aralarında vahid bir nümayəndə heyətinin yaradılması mümkünlüyünü müzakirə ediblər.
 
Cenevrə danışıqlarını gündəliyinin əas mövzuları ilkin olaraq "Suriyanın yeni konstitusiyası, seçkilər, idarə" məsələləri idi lakin bu səbətə "terrorizmlə mübarizə"nin daxil edilməsini məhz ("İŞİD" və onun kimi terror qruplaşmaları ilə barışmaz mübarizə aparan) Dəməşq təkid edib.
 
Cəfəri qeyd edib ki, De Mistura ofisi ilə keçirdikləri "Diskussiya hərtərəfli idi". Bununla əlaqədar Suriya hökumətinin nümayəndə heyətinin başçısı söhbətin təkcə Suriya məsələsi deyil, həmçinin beynəlxalq terrorizm barədə getdiyini xatırlatmağı lazım bilib. "Suriya hökuməti ilə terrorizmlə mübarizə üçün beynəlxalq birliyin iradəsi və həqiqi əməkdaşlığı gərəkdir", - Cəəfəri bəyan edib.
 
Suriyanın silahlı müxalifətinin "moskva" platformasının həmsədri Qədi Cəmil çərşənbə axşamı BMT ofisi ilə keçirdikləri görüşü şərh edərkən qeyd edib ki, Danışıqlarda "əhatəli olmayan" məsələ yalnız hakimiyyət və idarəetmə məsələləri olub. Cəmil, danışıqların ikinci gününü "Müsbət irəliləyişlər var" sözləri ilə xarakterizə edib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru