Suriya üzrə `Astana-6` başlayır - Bütün iştirakçılar gəldi 14 Sentyabr 2017 01:00 Dünya Suriya üzrə sülh danışıqlarına həsr olunmuş "Astana 6" sammitinin bütün iştirakçıları artıq gəliblər. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, bu dəfəki danışıqlar mərhələsində silahlı müxalifəti təmsil edən 24 nümayəndə də iştirak edəcək. Mətbuat xidmətindən bildiriblər: "Danışıqlarda iştirak edəcək bütün tərəflər artıq Astanadadır. Danışıqlar bu gün başlayacaq". Mətbuat xidmətindən verlən məlumata görə, Rusiyanı bu danışıqlarda prezidentin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyəni XİN rəhbərinin müavini Sedat Onal, İranı XİN rəhbərinin müavini Caber Ansari təmsil edəcək. Məlumata görə, BMT baş katibinin xüsusi nümayəndəsi Stefan De Mistura da danıqlarda iştirak etmək üçün artıq Astanaya gəlib. Teqlər : #Suriya üzrə `Astana6` başlayır Bütün iştirakçılar gəldi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ prezidenti Çinə səfər edəcək BMT-nin baş katibi: Rohincalılar faləkətli vəziyyətlə üzləşiblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO