Su xətti partladı, Xırdalan susuz qaldı

Xırdalan şəhərinin su təchizatında problem yaranıb.
 
Bu günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partalaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.
 
“Azərsu” ASC-nin Qəza xidmətindən APA-nın hadisə yerində olan əməkdaşına bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ən yaxşı halda su təchizatı sabah bərpa olunacaq”./

Google+ WhatsApp ok.ru