İsveçə 1400-dən çox qaçqın uşaq sığınıb

Bu ilin ilk yarısında 1400-dən çox uşaq İsveçdən sığınacaq alıb.
Maide.az xəbər verir ki, bu rəqəm ötən ilin ilk yarısına görə 93 faiz çoxdur.
İsveç Qaçqınlar Dairəsinin hesabatına görə, ölkə gələn qaçqın uşaqların əksəriyyəti Eritreya, Somali, Əfqanıstan və Suriyadandır.
Məlumata görə, 2014-cü il ərzində 7 mindən çox kimsəsiz uşaq İsveçə sığınıb. 2015-ci ildə bu rəqəmin 15 mini keçəcəyi gözlənilir.
Bundan başqa, ümumilikdə 2014-cü il ərzində 81 300 nəfər suriyalı (uşaq, qadın, kişi birlikdə) İsveçdə sığınacaq alıb./

Google+ WhatsApp ok.ru