İsveçdəki Türk Mədəniyyət Mərkəzinin binası da partladıldı

İsveçin paytaxtı Stokholm şəhəri yaxınlığında yerləşən Türk Mədəniyyət Mərkəzinə məxsus binada partlayış baş verib.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla dünən axşam saat 21:35-də qeydə alınıb. 
 
İsveçin "Aftonbladet" nəşri isə şahidlərə istinadən yazır ki, bir neçə nəfər Mərkəzin ofisinə nəsə atıblar və partlayış da bundan sonra baş verib.
 
Hadisə yerinə minaaxtaranlar, yanğınsöndürənlər, təcili yardım maşınları və helikopterlər cəlb olunub.

Google+ WhatsApp ok.ru