İsveçdə İmam Əli (ə) məscidini yandıran şəxs saxlanılıb

İsveçdə İmam Əli (ə) məscidini yandıran şəxs saxlanılıb

İsveçdə ən böyük məscid olan İmam Əli (ə) məscidini yandırmaqda şübhəli bilinən bir nəfər yaxalanıb. 
 
Maide.Az “muslimvillage” istinadən xəbər verir ki, polis elan edib ki, paytaxt Stokholmun şimalında Yerfellada yerləşən məsciddə törədilmiş yanğınla bağlı bir nəfər həbs olunb. 
 
Polis həbs olunan şəxsin kimliyi və onun haqqında ətraflı məlumat verməyib. 
 
Qeyd edək ki,  yanğın bazar günü yerli vaxtla saat 23:00-da baş verib.
 
İmam Əli (ə) adına olan mərkəz və  məscid İsveç şiələrinin ən böyük məscididir. /

Google+ WhatsApp ok.ru