İsveçdə naməlum şəxslər məscidi yandırıb, binanın yarısı dağılıb - FOTO

İsveçdə naməlum şəxslər məscidi yandırıb, binanın yarısı dağılıb - FOTO

 İsveçin Erebru şəhərindəki məscidin bir hissəsi güclü yanğın səbəbindən dağılıb.
 
Maide.Az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları yanğına kiminsə qəsdən səbəbkar olduğunu düşünürlər.
 
Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb.
 
Yanğınsöndürmə xidmətinin rəhbəri Mattias Heymdal məsciddə yanğının müvəffəqiyyətlə söndürüldüyünü bildirib.
 
O, binanın, demək olar, yarısının dağıldığını da sözlərinə əlavə edib.
 
Qeyd edək ki, yanğın gecə saatlarında baş verib. (report)
 

Google+ WhatsApp ok.ru