İsveçdə 200 nəfərlik məscid yandırıldı

İsveçdə 200 nəfərlik məscid yandırıldı

-- Hadisə zamanı ölən və yaralanan olmayıb.

İsveçin cənubunda yerləşən Skane bölgəsinin Hesselholm şəhərində 200 nəfərlik məscidin yandırıldığı bildirilir.
 
Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, xilasetmə  xidmətindən Magnus Carlsson yerli radioya bildirib ki, bir nəfər naməlum şəxs məscidə girərək qəsdən yanğın törədib.  
Yanğının qısa zamanda söndürüldüyünü bildirən M.Carlsson məscidə böyük ziyan dəydiyini və binadakı 4 mənzilin təhlükəsizlik məqsədi ilə boşaltdırıldığını deyib. 
 
Ölkənin rəsmi xəbər agentliyinə açıqlama verən Hesselholm İslam Mədəniyyət Dərnəyinin rəhbəri İsmayıl Darragi,  Müsəlmanların ən çox ibadət etdiyi Ramazan ayında belə bir hadisənin baş verməsinə görə narahatlığını bildirib və hadisəni törədənlərin cəzalandırılmasını istəyib. 
 
Hadisə zamanı ölən və yaralanan olmayıb. 
 
Faktla bağlı cinayət işi açılıb və hadisəni törədən şəxsin həbsi üçün hərtərəfli araşdırma aparılır. 
 

Google+ WhatsApp ok.ru