İsveçdə 100-ə yaxın maşın yandırıldi - VİDEO

İsveçdə 100-ə yaxın maşın yandırıldi - VİDEO

İsveçin müxtəlif şəhərlərində 97 maşının yandırıldığı bildirilir.
 
Maide.Az "AA"-a istinadən bildirir ki, İsveç Dövlət Televiziyası "SVT"-nin verdiyi xəbərə görə, Göteborg şəhərinin Frölunda və Hjallbo bölgələrində 80, paytaxt Stokholmun Skarhalmen bölgəsində 7, Uppsala şəhərində 6, Malmö ve Helsingborgun hər birində isə 2 maşın yandırıldı.
 
"SVT"-yə müsahibə verən Göteborg polis idarəsindən Claes Dahlström, yandırılma hadisələrinə görə çox sayda polis və yanğınsöndürmə maşınının sövq edildiyini bildirib.
 
Maşınların üzü maskalı gənclər tərəfindən yandırıldığını bildirən C.Dahlström, maşınların yanında daşlar və partlamağa hazır vasitələr tapdıqlarını deyib.
 
C.Dahlström, hadisələr zamanı heç kəsin yaralanmadığını və bu cinayəti törədənləri yaxalamaq üçün əməliyyat başlatdıqlarını bildirdi.
 
Prezident Stefan Löfven baş verənlərdən çox kədərləndiyini bildirdi.
 
Maşınları yandıran gənclərə üz tutan Löfven, "Öz gələcəyinizi yandırdınız, ailənizin gələcəyini yandırdınız, bütün qonşuların gələcəyini yandırdınız. Xalqın buna münasibət bildirməsi və bu cür hadisələrə icazə verməməsi lazımdır " ifadələrini işlətib.
 
Lofven müxtəlif şəhərlərdəki yandırma hadisələrinin mütəşəkkil bir hücum ola biləcəyini və bundan narahat olduqlarını bildirib.

Google+ WhatsApp ok.ru