İsveçdə məscidə hücum olub

İsveçdə məscidə hücum olub

İsveçin Malmö şəhərində məscidlərdən birinə silahlı hücum olub.
 
Maide.Az bildirir ki, Dövlət televiziyası STV-nin məlumatına görə, Malmö şəhərindəki Mahmood məscidinə edilən silahlı hücum nəticəsində ölən yaxud yaralanan olmayıb.
 
Polis şöbəsinin sözçüsü Anna Göransso hücum nəticəsində məscidin üç şüşəsinin sındığını və hadisə ilə əlaqəli cinayətə təşəbbüsdən istintaqa başlandığını söyləyib.
 
Məscidin işlərindən məsul şəxs Karem Lone də polisin hadisə yerində bir neçə boş güllə tapdığını, hücumun səbəbi barədə hələ də məlumat olmadığını və polis şöbəsinin hadisə ilə əlaqəli istintaq işlərini davam etdirdiyini bildirib. /trt /
 

Google+ WhatsApp ok.ru