İsveçdə məsciddə kəşfiyyat aparan şəxs həbs edildi

İsveçdə məsciddə kəşfiyyat aparan şəxs həbs edildi

İsveçin Göteborq şəhərində somalililərə məxsus məsciddə kəşfiyyat apararkən polis tərəfindən saxlanılan ifrat sağçı bir şəxs həbs olunub.
 
Maide.Az Deyerler.org-a istinadən xəbər verir ki, Göteborq Polis İdarəsinin sözçüsü Filip Annas açıqlama verərək, Göteborqun şimalında Bellevue məscidində şübhəli davranışlar nümayiş etdirən bir şəxsin saxlanıldığını və prokuror müavininin həbs qərarı çıxardığını bildirib.

Şübhəlinin sosial şəbəkədə İslam düşmənçiliyi üzərində paylaşımlar etdiyini deyən Annas, prokuror müavininin bu səbəbdən həbs qərarı çıxardığını qeyd edib.


İsveç mediasında gedən xəbərlərdə, şübhəlinin 45 yaşlı Kristian S. olduğu, radikal sağçı bu şəxsin sosial şəbəkədən müsəlmanlara nifrət paylaşımları etdiyi qeyd edilib. Şübhəlinin məsciddə kəşfiyyat apardığı və müsəlmanların ən izdihamlı olduğu günü soruşduğu, evində aparılan axtarışda avtomatik silah tapıldığı bildirilib.

Google+ WhatsApp ok.ru