İsveçdə kilsədə azan sədaları ucalıb

İsveçdə kilsədə azan sədaları ucalıb

İsveçin şimalında yerləşən kafedral kilsədə müxtəlif mədəniyyətlərin və dinlərin qeyd olunması mərasimində azan səsləndirilib.
 
Məlumata görə, İsveçin şimalındakı Payal şəhərindəki Korpilombolo kilsəsində “Avropa Axşam Festivalı” adlı tədbir keçirilib.
 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, tədbirin "İnsanlıq üçün dua" adlanan hissəsində azan səsləndirilib.
 
Bu addım, 2005-ci ildə, Həzrəti Muhəmməd (s) peyğəmbərinə qarşı, Danimarkada nəşr olunan və İslam dünyasının qəzəbinə səbəb olan təhqiramiz cizgi filmlərinə cavab olaraq edilib.
 
"Bu bir mədəni hadisədir, bunun məqsədi dinindən asılı olmayaraq sülhə can atmaqdır. Bəziləri üçün bu mübahisəli görünə bilər, amma biz bunu təqdir etdik və kilsədə tətbiq oluna biləcəyi qənaətinə gəldik", - deyə kilsənin pastoru Ake Nordlund bildirib.
 

Google+ WhatsApp ok.ru