İsveç məhkəməsi məktəblərdə hicab azadlığını dəstəklədi

İsveç məhkəməsi məktəblərdə hicab azadlığını dəstəklədi

İsveçin Skona bölgəsindəki Skurup qəsəbəsi bələdiyyəsinin məktəblərə tətbiq etmək istədiyi hicab qadağası məhkəmə tərəfindən ləğv edilib.
 
 
Maide.Az "deyerler.org-a istinadla xəbər verir ki, Malmö İnzibati Məhkəməsi tərəfindən verilən açıqlamada, Skurup Bələdiyyə Şurasının məktəblərdə hicabı qadağan etmə qərarının ləğv edildiyi qeyd edilib. Açıqlamada qadağanın konstitusiya və din azadlığının müddəalarına zidd olduğu vurğulanıb.
 
Noyabrın 17-si ayrı-seçkilik ombudsmanı (DO) tərəfindən verilən açıqlamada, qadağanın konstitusiyaya zidd olduğu üçün ləğv edilməsi tələb edilmişdi.
 
Skurup Bələdiyyə Şurası keçən ilin dekabrında 13 yaşınadək şagirdlərə hicab qadağası tətbiq etmişdi. Qəsəbədəki Prastamosse Məktəbinin direktoru Mattias Liedholm qadağanı tanımadığını və öz məktəbində tətbiq etməyəcəyini bildirmişdi.  

Google+ WhatsApp ok.ru