İsveç müsəlmanları yeni məscid tikmək istəyir

İsveç müsəlmanları yeni məscid tikmək istəyir

İsveç Vaxjo şəhərində müsəlmanların sayının əhəmiyyətli dərəcədə artımısını nəzərə alaraq, şəhərdə 1000 nəfərlik böyük bir məscid tikmək planlaşdırılır.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, bunu  Vaxjo şəhər məscdinin imamı İsmail  Abdullah deyib. 
 
O bildirib ki, ilk məscid  15 il əvvəl tikilib və şəhərdə müsəlmanların sayı artıb. “Fitir və Qurban bayralarında  ibadət üçün məscidə gələn insanların sayı 2 mindən çox olur. Məscid kiçik olduğu üçün  ibadət edənlər ətraf park və küçədə namaz qılmağa məcbur olur”. 
 
O deyib ki, yeni məscid  ənənəvi və müasir üslubda inşa ediləcək. “Məscidin inşası üçün İsveç hökumətinə müraciət olunub. Razılıq alındıqdan sonra məscidin  2025-ci ilədək tikilməsi planlaşdırılır.”  
 

Google+ WhatsApp ok.ru